YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının fəalları şəhid Fərrux Bayramlının ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış rayonun Məmmədabad kəndindən olan kiçik çavuş Bayramlı Fərrux Bayram oğlunun məzarını ziyarət ediblər.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Ziyarət zamanı qeyd edilib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaq.

Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşdüyü, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.