YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım günü Şəkidə böyük izdihamla qeyd olunub

27 sentyabr Şəhidlərin anım günü Şəkidə də böyük izdihamla qeyd olunub.

Anım mərasimində Milli Məclisin deputatı Vüqar İskəndərov da iştirak edib. Əvvəlcə şəhər rəhbərliyi, deputatlar, hüquq mühafizə orqanlarının əməkdaşları Şəki şəhər Heydər Əliyev Mərkəzində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini izləyiblər.

Daha sonra Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Vətən müharibəsinə həsr olunmuş kompozisiyalar nümayiş etdirilib.

Vüqar İskəndərov Şəhidlər Xiyabanında olub, həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın məzarlarını ziyarət edərək, dərin ehtiramını nümayiş etdirib. Anım mərasimində çıxış edən Vüqar İskəndərov diqqətə çatdırıb ki, bu qələbədə payı olan qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Şəhidlərimizin xatirəsi daim ürəklərdə yaşayacaq. 

Sonda 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.