YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhid Tofiq Həsənovun il mərasimi keçirilib

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, Gədəbəy Rayon Rayon İcra  Hakimiyyətinin başçısının müavini Natiq Nağıyev, rayon təşkilatının Gənclər Birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid, rayonun ​ Cəfərli kənd sakini Həsənov Tofiq Etibar  oğlunun ildönümü münasibətilə, ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!   

 

DİGƏR Xəbərlər Arxiv