YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələlərinə və qazilərə diqqət fəaliyyətmizin əsasını təşkil etməlidir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında Sahil Bələdiyəsinin sədri, YAP ərazi partiya təşkilatının Sahil Qəsəbə nümayəndəliyinin sədri Elmira Əliyeva, Sahil qəsəbəsi 11 saylı Uşaq Gənclər İdman Məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Natiq Ələkbərov, Qızıldaş qəsəbəsi  8 Saylı Bakı Peşə Liseynin direktoru, ərazi partiya təşkilatının sədri Heydər Hüseynov, Qızıldaş Qəsəbə İcra  nümayəndəsi, ərazi partiya təşkilatının sədri Hüseyn Axundov, Puta qəsəbəsi Neft Kəmərləri İdarəsi ərazi partiya təşkilatının sədri Niyaməddin Əmrullayev, 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi, ərazi partiya təşkilatının sədri Arslan Xəlilov və başqaları ilə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ərazi partiya təşkilatlarının sədrlərinə qarşıda duran əsas vəzifələr, ilk növbədə 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin ailələrinə, həmçinin qazilərə xüsusi diqqətin ayrılmasını, şəhidlərin hər birinin anım və şəhid olduğu günlərdə təşkil olmuş mərasimlərdə fəal iştrak etməyi tövsiyə edib.

Bundan əlavə, görüşdə yeni gənc üzvlərin partiya sıralarına cəlb olunması, partiya üzvlərinin uçot və qeydiyyat sənədlərinin yenidən dəqiqləşdirilməsi, kütləvi siyasi tədbirlərin keçirilməsi barədə müzakirə aparılıb.

DİGƏR Xəbərlər Arxiv