YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım şəhid Xudayarın məzarını ziyarət etdi

Bərdə rayonundan deputat seçilən Fatma Yıldırım rayonun Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anım mərasimində iştirak edib.

Bərdə şəhərinin Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Deputat bildirib ki, anım mərasimində şəhidimiz Xudayarın döyüş yoldaşları, dostları, ailə üzvləri onun həyatı, döyüş yolu haqqında xatirələrini bölüşüblər:

"Bu oğullarımızın qəhrəmanlıqları haqda xatirələri eşitdikcə, bir daha onlarla sonsuz dərəcədə qürur duyuruq.

Xudayar Yusifzadə döyüş meydanında ifa etdiyi “Vətən yaxşıdır” təsnifi ilə Azərbaycan əsgərinin vətənə olan sevgisini əks etdirərək, xalqımızın ürəyində taxt qurdu. Onun kimi oğullar Vətən müharibəsində öz qanları-canları hesabına dastan yazdılar, doğma Qarabağımızı işğaldan azad etdilər.

Belə igid, cəsur oğullar böyütdükləri üçün onların ana-atalarına minnətdarıq, şəhidlərin ruhu qarşısında baş əyirik!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!"

 

DİGƏR Xəbərlər Arxiv