YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının “Şüvəlan qəsəbəsi Almas İldırım 30b” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bu münasibətlə keçirilən təsis konfransında 2 saylı Bakı DOST Mərkəzinin direktoru Emin Namazəliyev YAP-ın ölkə miqyasında fəaliyyətinin dövlətin inkişafındakı rolundan danışıb.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov partiyanın VII qurultayından bu günə qədər görülmüş işlər, aparılan islahatlar və YAP-ın Sədri, Prezident İlham Əliyevin partiya qarşısında qoyduğu hədəflər barədə ətraflı məlumat verib.

Daha sonra təşkilatı məsələlərə baxılıb. Emin Namazəliyev “Şüvəlan qəsəbəsi Almas İldırım 30b” yeni ərazi partiya təşkilatının sədri, Cabir Cabbarlı isə sədr müavini seçilib.

 

DİGƏR Xəbərlər Arxiv