YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında pandemiya qaydalarına əməl olunmaqla “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov müstəqil Azərbaycanın son 18 il ərzində keçdiyi möhtəşəm inkişaf yoluna nəzər salıb. Qeyd edildi ki, ölkə başçısı cənab İlham Əliyevin 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla həyata keçirən Prezident cənab İlham Əliyevin əsas amalı ölkənin davamlı inkişafını və xalqın firavan yaşam tərzini təmin etməkdir. Ölkə iqtisadiyyatının şaxələndiriləməsi və müstəqil iqtisadiyyatın yaradılması ölkə  başçısının siyasi fəaliyyətində hər zaman mühüm yer tutmuş, məhz bu səbəbdən də davamlı uğurlara imza atılmışdır. İqtisadiyyatın inkişafı ölkədə hər bir sferanın inkişafına zəmin yaratmışdır. Həyata keçirilən regional və beynəlxalq miqyaslı enerji layihələri Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, dünya miqyasında isə əsas söz sahibinə çevirmişdir. Bütün bunlar isə Prezident cənab İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində hasil olmuşdur. Prezident seçildiyi gündən ordu quruculuğu, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnika ilə təchiz olunması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev üçün prioritet istiqamətlərdən biri olmuşdur. Məhz bunun nəticəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan birinə çevirilmişdir. Ötən ilin 27 sentyabrında başlayan Vətən Müharibəsi də Azərbaycanın güclü dövlət və güclü orduya  sahib olduğunu cəmi 44 gün ərzində sübut etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Cavid Osmanov həmçinin Prezident İlham Əliyevin informasiya cəbhəsində  və diplomatik müstəvidə əldə etdiyi uğurlardan bəhs edərək milli həmrəyliyimiz nəticəsində əldə etdiyimiz Zəfərin Azərbaycan tarixində parlaq səhifə olduğunu qeyd etdi.

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Novruzova, Ağdaş şəhər ərazi partiya təşkilatının sədri Şəhla Hacıbalayeva, Gənclər və İdman idarəsi ərazi partiya təşkilatının sədri Azad Gözəlov, Mədəniyyət ərazi partiya təşkilatının sədr müavini Seyfəddin Feyzullayev, gənc partiya fəalı Pərvin Əhmədov mövzu ətrafında çıxış edərək müstəqil Azərbaycanın firavan gəlcəyi  naminə  bundan sonra da ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini qeyd etdilər.

Eyni zamanda YAP Ağdaş rayon təşkilatını təşəbbüsü ilə Heydər Əliyev parkında ağacəkmə aksiyası da keçirilmişdir.