YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Yeni tərkibdə formalaşmış parlament ötən iki il ərzində öz müsbət töhfələrini verib

Bu gün növbədənkənar seçkilər əsasında formalaşmış parlamentin yeni tərkibdə fəaliyyətə başlamasından iki il ötür. 2020-ci il 10 mart tarixində yeni tərkibdə parlamentin ilk iclasında Prezident İlham Əliyev konseptual və proqram xarakterli çıxış edərək parlamentin fəaliyyətinin yol xəritəsini müəyyən etmiş və deputatlarımız qarşısında duran məsələlər barəsində geniş nitq söyləmişdir.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova söyləyib.

Sevinc Hüseynova bildirib ki, yeni parlamentin müəyyənləşməsi o zaman ölkədə aparılan siyasi və iqtisadi islahatların dərinləşməsindən irəli gəlirdi: “Əsas məqsəd ondan ibarət idi ki, vaxt itirmədən Milli Məclisin yeni tərkibdə işi təşkil edilsin. O zaman ölkədə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqandan yan  keçməməsi üçün ölkənin ictimai-siyasi həyatında vacib rol oynayan, xalqın rifahına xidmət edən təşəbbüslər ilə həmişə xalqın rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir ki, elə həmin təşəbbüs də parlament tərəfindən dəstəklənərək parlament buraxılmışdır.”

“2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parament seçkiləri parlamentin yeni tərkibini müəyyən etmişdir. Yeni parlamentdə siyasi qüvvələrin iştirakı əsasında çoxpartiyalı parlament formalaşmışdır ki, hazırki parlamentdə fəaliyyət göstərən bir çox siyasi partiyaların nümayəndələri təmil olunurlar və bu nümayəndələr həm parlament rəhbərliyində, həm də komitə rəhbərliyində təmsil olunurlar”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, hazırda Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün bütün zəruri şərait yaradılır və qanunvericilik bazası da təkmilləşdirilir. Siyasi baxışından asılı olmayaraq hər bir partiya üzvü parlamentdə təmsil olunur. Digər bir mühüm yenilik ondan ibarətdir ki, parlamentin spikeri qadındır və bu da ölkədə yüksək səviyyədə gerçəkşləşən gender siyasətinin tərənnümüdür.

Eyni zamanda yeni parlamentdə gənclərimiz də geniş şəkildə təmsil olunur ki, bu da ölkəmizin hər zaman gənclərə və gənclər siyasətinə önəm verməsindən irəli gəlir. Ölkə başçısının tapşırıqlarından biri də deputatların hər zaman xalqın işərisində olması, seçicilərlə daim təmasda olması ilə bağlı idi ki, bu da yerinə yetirildi.

Yeni tərkibdə formalaşmış parlament ötən iki il ərzində öz müsbət töhfələrini verib. Belə ki, yeni qanunların qəbul edilməsi zərurətə çevrilir. Hazırda ölkəmiz yeni inkişaf mərhələsindədir. 44 günlük Vətən müharibəsində tarixi zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir və 2022-ci ilin dövlət büdcəsində də bu istiqamətdə böyük vəsait ayrılıb. Milli Məclis də öz növbəsində yeni tələblərə uyğun olaraq qanunlar qəbul edir, həmçinin mövcud qanunları təkmilləşdirmək üçün onlara əlavə və dəyişikliklər edir. Bütün addımların təməlində dövlətimizin daha da qüdrətlənməsi, xalqın rifahının təmin edilməsi və vətəndaş məmmunluğunun artırılması dayanır.   

Hazırki dövrdə tarixi zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Milli Məclis beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində də mühüm addımlar atır.