YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında partiyaya üzv olmaq istəyən namizədlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov partiyaya üzv olmaq üçün müraciət edən 102 namizədlə görüş keçirib.

Ramil Orucov Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətdən, onun uğurlu nəticələrindən, Partiya üzvləri qarşısında dayanan vəzifələrdən danışıb.

R.Orucov bildirib ki, bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Sözsüz ki, əldə olunan böyük nailiyyətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ulu Öndərin ideyalarının, müəyyənləşdirdiyi strategiyanın reallığa çevrilməsində müasir dövrün müdrik lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, praqmatik siyasəti mühüm rol oynayıb. Qürurverici haldır ki, partiya üzvlərimiz ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldırlar və ölkədə həyata keçirilən siyasi, iqtisadi, humanitar, sosial tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin, ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Görüşdə o da qeyd edilib ki, vətəndaşların Ümummilli Liderin ideyaları əsasında fəaliyyət göstərən, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına üz tutmasında partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin xüsusi rolu var. Bu gün Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi.

Daha sonra çıxış edən partiya veteranları Hüseyn Budaqov, Anya Süleymanova, Azad Bayramov və Cabir Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsindəki misilsiz xidmətlərindən danışıb, namizədlərə tövsiyələrini veriblər.

Partiyaya üzv olmaq üçün müraciət edən namizədlər YAP-ın fəaliyyətini, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəklədiklərini qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb. YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov onları maraqlandıran sualları cavablandırıb.