YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti ilə bağlı tədbir keçirilib

Goranboy Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasında görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti ilə bağlı tədbir keçirilib.

Tədbirdə Goranboy RİH başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yəhyayev, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Zərifə xanım Əliyevanın həyat yolundan, tibb elimindəki böyük xidmətlərindən bəhs olunub.