YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Ramazan bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub

Lənkəran rayonunun Darquba kəndində Ramazan bayramı ərəfəsində Birinci Qarabağ müharibəsi şəhidi Qadir Zeynalov və Vətən müharibəsi şəhidləri Eşqin Cəfərzadənin və Orxan Dadaşlının ailələri ziyarət olunub. Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Darquba kənd ərazi partiya təşkilatının sədri Mais Kazımov və YAP fəalları şəhid ailələrinə baş çəkib, ərzaq sovqatları təqdim ediblər.

Həmçinin kənd ərazisində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq salınan park, ucaldılmış abidə-bulaq kompleksi də ziyarət olunub.

Şəhidlərimizin əziz xatirəsinin daima xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan İqbal Əmənullayev şəhid ailələrinin qayğı və problemləri ilə də maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.