YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidi Ramiz Mustafayevin doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhidimizin ailə üzvləri, şəhid ailələri, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri şəhidin rayondakı Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Həmçinin Şəhidlər xiyabanında uyuyan digər Vətən oğullarının da məzarları ziyarət olunub.

Daha sonra tədbir iştirakçıları şəhid Ramiz Mustafayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.