YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın seçimi: konstruktiv siyasət yürütsə...

İraq mətbuatında Azərbaycanın Qarabağı azad etmək uğrunda həyata keçirdiyi 44 günlük Vətən müharibəsi, onun nəticələri barəsində geniş məqalə dərc olunub.

İraqda fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin direktoru professor Moataz Muhi Əbdülhəmid məqaləsində qeyd edib ki, Azərbaycan tam qanuni və bütün beynəlxalq hüquq və normalara uyğun olaraq Qarabağı erməni işğalından azad etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi haqqında 30 il əvvəl qəbul etdiyi qətnaməyə Ermənistan məhəl qoymurdu. Bu baxımdan Azərbaycan Prezidenti siyasi iradə nümayiş etdirərək rəhbərlik etdiyi dövlətin ərazi bütövlüyünü təmin etdi.

Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan beynəlxalq qanun hesab edilən Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq xalqların öz müqəddəratını təyin etmə hüququna əsaslanır. Lakin nəzərə almaq lazımdır ki, ermənilər 1990–cı illərin əvvəllərində öz müqəddəratını təyin edib və bu gün müstəqil Ermənistan dövlətində yaşayırlar. Buna görə də xalqların müqəddəratını təyin etmək hüququna sığınaraq əks-təbliğat aparan ermənilər beynəlxalq təşkilatlarda müqavimətlə qarşılaşırlar.

Professor daha sonra qeyd edir ki, uzun illər işğalda qalan ərazilərdə ermənilər heç bir iş görməyiblər. Bu da onu deməyə əsas verir ki, onlar özləri də başqa dövlətin torpağını işğala məruz qoyduqlarını dərk edirdilər. Lakin Azərbaycan işğaldan azad etdiyi rayonları tez bir zamanda dirçəldib. Aparılan bərpa və quruculuq işləri nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə edib.

Nəzərə çatdırılıb ki, Azərbaycan ermənilərə qarşı olduqca humanist yanaşıb və Qarabağ erməniləri Azərbaycanın vətəndaşları olaraq cəmiyyətə inteqrasiya olunur. Professor bildirib ki, Azərbaycan qələbə əldə edərək suverenliyini bərpa edib. İndi hər şey Ermənistandan asılıdır. Əgər separatçılıq və ayrı-seçkilik siyasəti davam etdirsə Azərbaycanın “dəmir yumruğ”u ilə qarşılaşacaq. Yox əgər konstruktiv siyasət yürütsə, onda regionda uzun ömürlü sülhü tam təmin etmək olacaq.