YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa Zəfər bəxş edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Biləsuvar rayonunun Ovçubərə kəndində seçicilərlə və “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq şəhid ailələri ilə görüşlər keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid anası Ayna Tağıyeva,  təşviqat qrupunun üzvləri Mirnəsib Kazımov, Bəhruz Əliyev və Mirhənifə Mirsultanov çıxış ediblər.

Çıxışlarda Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Prezident İlham Əliyevin fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən, zəfərlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki,  ərazi bütövlüyümüzün bərpa olunması dövlət başçısının siyasətinin zirvəsidir.

Seçicilərə 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar edilib.

DİGƏR Xəbərlər Arxiv