YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə Azərbaycanın yüksəlişi yolunda irəli!

Qazaxda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Qazax rayonunun Daş Salahlı və Hüseynbəyli, Canalı kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Bəsdi Ələkbərova, Fərhad Qocamanov, Cavanşir Rüstəmov, Məmməd Yusifov, Qədir Əfəndiyev və Müqabil Məmmədov çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin 20 illik Prezidentliyi dövründə əldə olunan nailiyyətlər, misilsiz qələbələr barədə ətraflı bəhs edilib. Natiqlər bu gün Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqil Azərbaycanın beynəlxaq aləmdə güclü, qüdrətli, nüfuzlu bir ölkəyə çevrildiyini, insanların ərazi bütövlüyü təmin edilmiş, suverenliyi bərpa olunmuş azad, müstəqil Azərbaycanın xoşbəxt vətəndaşları olduğunu xüsusi qeyd ediblər.   

Natiqlər seçiciləri 7 fevralda seçki məntəqələrinə gəlməyə və Yeni Azərbaycan Partiyasının namizədi, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv