YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şüvəlan qəsəbəsində seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində seçicilərlə  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar Şurasının Zərifə Quliyeva və təşviqat qrupunun üzvü Təşəkkül Səlimov  çıxış edib. Natiqlər seçicilərin 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə aktiv formada iştirak edəcəklərinə inandıqlarını bildirib və bütün seçiciləri ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.