YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Bərdə rayonunun Vəliuşağı və Hacallı kəndinin seçicilərilə görüş keçirilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təşviqat qrupunun üzvləri - Tərlan Musayeva, Məhərrəm Şəfiyev, Aqşin Hacızadə, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev xalqın dəstəyini qazanıb. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Sonra təşviqat üzvləri fərdi görüşlər də keçiriblər.