YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər qalib Liderə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Ağsu şəhərində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev və təşviqat qrupunun üzvü Camaləddin Zeynalov çıxış ediblər. Natiqlər prezident seçkilərinin önəmindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ildə qazandığı nailiyyətlərdən, xüsusilə də gənclər siyasətinin uğurlu nəticələrindən geniş bəhs edərək, qarşıda duran hədəfləri gənclərin diqqətinə çatdırıblar.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Öz növbəsində gənclər də  7 fevralda seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.