YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Türkiyə və Rusiyadakı diplomatik nümayəndəliklərində səsvermə yüksək fəallıqla keçir

Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Ölkəmizin Türkiyədəki səfirliyində, İstanbul və Qarsdakı baş konsulluqlarında seçki məntəqələri yaradılıb. Türkiyədəki Azərbaycan vətəndaşları 5 məntəqədə səs verirlər.

Ölkəmizin Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərində 4 məntəqədə səsvermə prosesi təşkil olunub.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub.

Qeyd edək ki, diplomatik nümayəndəliklərimizin əhatə dairələrində Azərbaycan vətəndaşlarının seçki məntəqələrinə rahat gəliş-gedişini təmin etmək üçün lazımi şərait yaradılıb.