YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rumıniyada yaşayan Azərbaycan vətəndaşları səfirlikdə yaradılmış seçki məntəqəsində səs verirlər

Növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Rumıniyadakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun qaydada aparılır. Buradakı məntəqədə qeydiyyatda olan 68 vətəndaşımızın azad, demokratik və şəffaf şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb, məntəqə zəruri avadanlıqla təmin edilib.

Rumıniyada yaşayan və ya burada uzunmüddətli ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşları məntəqəyə gələrək sərbəst şəkildə səs verirlər.