YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ahmet Yener: Seçki məntəqələrinin qarşısında növbə gözləyən xeyli sayda vətəndaş gördük

Səhər saatlarından etibarən seçki məntəqələrinin qarşısında növbədə gözləyən xeyli sayda vətəndaş gördük. Əlbəttə, bu cür vəziyyət bir seçki prosesi üçün çox müsbət haldır.

Bunu Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə bildirib.

Seçkiyə bu dərəcədə marağın olmasını çox sevindirici hal adlandıran A.Yener əlavə edib: “Məntəqə komissiyalarının üzvləri yaxşı fəaliyyət göstərirlər və bizi də çox yaxşı qarşıladılar. Hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Müşahidəçilər və media mənsubları da seçki prosesini fəal müşahidə edirdilər. Proses şəffaf şəkildə həyata keçirilir. Məntəqələrdə seçici fəallığı çox yüksək səviyyədədir”, - deyə A.Yener qeyd edib.