YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polad Bülbüloğlu: Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs verəcək

Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfir vurğulayıb ki, ölkənin müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkiləri işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək.

“Moskvada biz iki seçki məntəqəsi açdıq. Çünki Rusiya paytaxtında olan 2500-dən çox vətəndaşımız səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib. Bundan başqa, Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb. Mən tamamilə əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”, - deyə diplomat vurğulayıb.