YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan MSK-nın sədri: Seçki komissiyaları öz işlərini çox mükəmməl şəkildə qurub

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı prosesi izləmək mənim üçün çox xoşdur. Seçki komissiyaları öz işlərini çox mükəmməl şəkildə qurublar. Müşahidələrimizə əsasən seçicilərin fəallıq nümayiş etdirdiyini deyə bilərəm.

Bu sözləri Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayev Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə deyib.

Z. Nizamxodjayev seçkilərdə xüsusilə də gənclərin daha fəal şəkildə iştirak etdiklərini bildirib. “Hər şey şəffaf və qaydalara uyğun şəkildə həyata keçirilir. Ümid edirik ki, Azərbaycan xalqı gələcək inkişafı naminə ən yaxşı namizədinə səs verəcək”, – deyə o əlavə edib.