Xəbərlər
Lerikdə ərazi partiya təşkilatı sədrləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında ilin yekunları ilə bağlı ərazi partiya təşkilatı (ƏPT) sədrləri və sədr müavinləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətənin qəhrəman övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətdən irəli gəldiyini, ölkənin hakim partiyası kimi YAP-ın müstəqillik tariximizdə mühüm rol oynadığını deyiblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi uğurlara imza atıb, Yeni Azərbaycan Partiyası isə böyük gücə çevrilib.
Sonra ərazi partiya təşkilatlarının hesabatları dinlənilib, ərazi partiya təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
