YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"YAP xalqın partiyasıdır"

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının 2025-ci ilin yekunları və 2026-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 33 il ərzində tarixi uğurlara imza atıb. Qeyd olunub ki, YAP tarixin ciddi sınaqlarından uğurla çıxaraq bu illər ərzində inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. Bu gün böyük inamla qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu artıb, beynəlxalq mövqeləri möhkəmlənib. Torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabatları dinlənilib.  Müvafiq tapşırıq və tövsiyələr verilib.