YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir (YAP) rayon təşkilatında partiya veteranı, rayon təşkilatının ilk sədri kimi uzun illər rayon təşkilatının işində səmərəli fəaliyyət göstərən Mehtiyev Rafiq Yusif oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Yubilyar Rafiq Mehtiyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmaqdan və uzun illər partiya sıralarında çalışmaqdan qürur hissi keçirdiyini bildirib.

Sonda partiya veteranına partiya dəyərlərinin təbliğində fəal iştirakına görə fəxri fərman və  hədiyyə  təqdim edilib.