YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Vətən müharibəsi şəhidi Həsənov Tural Rauf oğlunun anım günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və digərləri çıxış edərək bildiriblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət işğal altında olan torpaqlar azad olunub.