YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənclər bizim gələcəyimizdir”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Ağdam rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və ardıcıl səyləri nəticəsində Azərbaycanda gənclər siyasəti yeni mərhələyə daxil olub. Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun sıralarında qəhrəmanlıqla döyüşən gənclərimizin adlarının xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıldığı xüsusi vurğulanıb.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif edilib, partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Ağdam Musiqi Kollecində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında bədii hissə təqdim olunub.