YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsinin 34-cü ildönümü qeyd olunub

Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, məktəbin direktor əvəzi Kamalə Əsədova və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı iki yüz il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulanıb, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs olunub.