Xəbərlər
“Xocalı faciəsi - Qan yaddaşımız”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsi - Qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digərləri çıxış edərək Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından bəhs ediblər.
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən verildiyi və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan olunduğu vurğulanıb.
