Xəbərlər
Partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı tərəfindən partiyanın veteran üzvü Lətifov Azadxan Mansur oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O, Azadxan Lətifovun uzun illər rayonun ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.
Azadxan Lətifov da öz növbəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.
