YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı - ermənilərin təcavüzkar siyasətinin ən qanlı səhifəsi

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 15 oktyabr 2023-cü il tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi oldu. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin sevincini və qürurunu yaşayır.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.