YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalıdan başlanan Zəfər yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsinin rayon sektorunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə “Xocalıdan başlanan Zəfər yolu” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Təhsil şöbəsi ərazi partiya təşkilatının sədri İntiqam Nuruyev və digərləri çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı danışıblar.

Vurğulanıb ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib.

Xocalı şəhərinin işğaldan azad ediləndən sonra yenidən bərpa olunaraq dirçəldiyi xüsusi qeyd edilib.

Qeyd edək ki, YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyəti birgə təşkilatçılığı ilə Şəhidlər Abidə Kompleksində də Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir təşkil olunub.

Eyni zamanda, Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib. Görüşdə iştirak edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov və digərləri Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusunun Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanlarında aldıqlarını qeyd ediblər.