YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranları Heydər Əliyev siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərirlər

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən partiya veteranı Əlövsət Rzaquliyevin 75 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, partiya veteranının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Yubilyar Əlövsət Rzaquliyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının böyük qürur olduğunu söyləyib.