Xəbərlər
Nərimanov rayonunda ərazi partiya təşkilalatlarında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Olimpiya küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi anılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ərazi partiya təşkilatının sədri Əli Məmmədov, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir.
Ərazi partiya təşkilatının dövlət siyasətinin təbliği, gənclərin və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, sosial aksiyaların təşkili və vətəndaşlarla iş istiqamətində məqsədyönlü fəaliyyət göstərdiyi bildirilib.
Nazirliyin Gənclərlə İş Şöbəsinin müavini, YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova, YAP Gənclər Birliyinin üzvü Coşqun Hidayətov, ƏPT üzvləri Aydın Məmmədov, Cəbrayıl Bayramov gənclərin dövlət qayğısını daim hiss etdiyini və əldə etdikləri nailiyyətlərlə onlara göstərilən etimadı doğrultmağa çalışdıqlarını qeyd ediblər.
Sonda təşkilati məsələlərə baxılıb.
Qeyd edək ki, YAP Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanı üzrə ərazi partiya təşkilatında da partiya üzvləri ilə görüş keçirilib.
