YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçuda Novruz bayramı münasibətilə tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təşəbbüsü ilə şəhid övladları və 1 nömrəli internat məktəbində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara bayram sevinci yaşatmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və onlara göstərilən diqqət və qayğının davamlı olduğunu nümayiş etdirməkdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bayram münasibətilə təbrik edib. O qeyd edib ki, Novruz bayramı birlik, həmrəylik və mərhəmət kimi ali dəyərləri özündə ehtiva edir və bu dəyərlərin gələcək nəsillərə aşılanması xüsusi əhəmiyyət kəsb edir. Araz Xudadanov vurğulayıb ki, şəhid övladları dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və onların xoşbəxt, qayğısız böyüməsi hər kəsin mənəvi borcudur.

Tədbir bədii hissə ilə davam edib. Uşaqların iştirakı ilə hazırlanan musiqili kompozisiyalar, milli rəqslər və Novruz adət-ənənələrini əks etdirən səhnəciklər təqdim olunub. Bayramın əsas simvolları olan Kosa və Keçəl iştirakçılara əyləncəli anlar yaşadıb, müxtəlif müsabiqələr və oyunlar təşkil edilib.

Tədbir çərçivəsində uşaqlara bayram hədiyyələri təqdim olunub və onların sevinc dolu anları təşkilatçılar və qonaqlar tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Şəhid və qazi ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv