YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Novruz - elin əziz bayramı” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı və Şuşa Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində Novruz bayramına həsr olunmuş “Novruz - elin əziz bayramı” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Milli Məclisin deputatı Polad Bülbüloğlu çıxış edərək Novruz bayramının xalqımızın milli kimliyinin, birlik və həmrəyliyinin parlaq təcəssümü olduğunu bildiriblər. Qeyd olunub ki, bu əziz bayram əsrlər boyu xalqımızın yaddaşında yaşadılaraq bu günə qədər gəlib çatıb, milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynayıb. Torpaqlarımızın azad olunmasından sonra Novruzun Şuşada qeyd olunması hər bir azərbaycanlı üçün böyük qürur və sevinc mənbəyi olub.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafına daim xüsusi diqqət yetirildiyi diqqətə çatdırılıb. O da qeyd olunub ki, YAP olaraq bu dəyərlərin təbliği, gənc nəslə aşılanması və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilib.

Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının hər birimiz üçün nümunə olduğu qeyd edilib, onların hər zaman ehtiramla yad ediləcəyi bildirilib.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv