YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənc Kadr” İnkişaf Proqramı çərçivəsində gənclərin növbəti səfəri təşkil olunub

“Gənc Kadr” İnkişaf Proqramı çərçivəsində gənclərin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təcrübə səfəri təşkil olunub. Yeni Azərbaycan Partiyası (YAP)  Neftçala rayon təşkilatının təşəbbüsü ilə proqram iştirakçıları “Xıllı Balıq” MMC-də olublar.

Səfərin əsas məqsədi gənclərin real istehsalat mühiti ilə yaxından tanış edilməsi, aqrar-sənaye sektorunda mövcud imkanlar barədə məlumatlandırılması və onların praktiki biliklərinin inkişaf etdirilməsi olub.

Təcrübə səfəri zamanı iştirakçılar müəssisənin fəaliyyəti, istehsal prosesi, müasir balıqyetişdirmə texnologiyaları və tətbiq olunan ekoloji yanaşmalar haqqında ətraflı məlumat əldə ediblər.

Müəssisənin direktoru Ruslan Məhərrəmov və digər mütəxəssislər tərəfindən gənclərə müəssisənin fəaliyyət istiqamətləri geniş şəkildə təqdim olunub. Xüsusilə Xəzər ekosisteminə məxsus balıq növlərinin yetişdirilməsi, inkubasiya prosesi, təbii və süni yemlərin hazırlanması, eləcə də istehsalatın müxtəlif mərhələlərində tətbiq olunan müasir texnologiyalar barədə ətraflı izahat verilib.

Bununla yanaşı, iştirakçılar müəssisə əməkdaşları ilə görüşərək onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıb, sahə üzrə karyera imkanları barədə məlumatlandırılıblar.

Qeyd edək ki, “Gənc Kadr” İnkişaf Proqramı çərçivəsində gənclərin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların praktiki təcrübə qazanmasına xüsusi önəm verilir və bu istiqamətdə tədbirlərin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.