YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı partiya veteranları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, partiya veteranları səmərəli işləri ilə hər zaman seçiliblər. Onlar zəngin təcrübələri ilə çoxsaylı nailiyyətlər əldə ediblər. Eyni zamanda, veteranların fəaliyyəti gənc nəsil üçün nümunə olaraq göstərilir.

Tədbirdə, həmçinin rayonun ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Partiya veteranları Aşır Həsənov, Nəriman Səfərov, Ramiz Cəfərov, Astan Nəsibov, Nəriman Alıyev, Qumru Yusifova və ərazi partiya təşkilatının sədri Mehriban İbrahimova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan qürur duyduqlarını vurğulayıblar.