YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və digərləri Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıblar. Bildirilib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalq-ordu birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirib. Qeyd olunub ki, bu döyüşlər gələcək böyük zəfərlərin əsasını qoyub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun əldə etdiyi uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır və bu kurs hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.

Sonda şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad olunub, onların qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv