YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi, YAP Salyan rayon təşkilatının veteran üzvü Kərəm Muradov, Salyan Peşə Liseyinin müəllimi Yeganə Mirzəliyeva və Salyan rayon Qarabağlı-2 kənd tam orta məktəbinin müəllimi Nurtən Qədirli çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqımızın tarixində silinməz iz qoyub. Ulu Öndərin rəhbərliyi dövründə ölkədə möhkəm dövlətçilik əsasları yaradılıb, ictimai-siyasi sabitlik təmin olunub və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Qeyd olunub ki, Heydər Əliyev ideyaları əsasında yaradılmış Yeni Azərbaycan Partiyası bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir və Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir.

Sonra partiya sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.