Xəbərlər
Milli Məclisin deputatı Heydər Əsədov seçicilərlə görüş keçirib
Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Daha sonra millət vəkili ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Birinci Qarabağ müharibəsi şəhidi Fadil Atakişiyev və Vətən müharibəsi şəhidi Röyal Məmmədovun ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Şəhidlərin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
