YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid anaları, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və fəallar iştirak ediblər.

Əvvəlcə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xudat-Nabran avtomobil yolu boyunca genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Ümummilli Liderin həyat yolu və dövlətçilik fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Sədr qeyd edib ki, Azərbaycanın qazandığı bütün uğurların təməlində Heydər Əliyev dühası və Ulu Öndərin uzaqgörən siyasəti dayanır. O, dahi rəhbərin dövlət quruculuğu sahəsində xidmətlərindən bəhs edib, Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi olduğunu vurğulayıb.

Daha sonra şəhid anası Lalə Əskərova, partiya veteranı Telman Müseyibov çıxış edərək, Heydər Əliyevin əbədiyaşar ideyalarının gələcək nəsillər üçün böyük bir məktəb rolunu oynadığını qeyd ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında göstərdiyi tarixi xidmətlərdən bəhs edib. O, Ümummilli Liderin həyat yolunun hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəallıq göstərən partiya üzvlərinə fəxri fərmanlar və qiymətli hədiyyələr, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim olunub.

Tədbir yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.