YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Çaylı kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan və Prezident İlham Əliyevin xalq qarşısındakı xidmətlərindən bəhs edib.

Vüqar İsayev bildirib ki, Azərbaycan zəngin tarixi-mədəni irsi ilə yanaşı, şəhərsalma və memarlıq sahəsində də öz unikallığı ilə seçilən ölkələrdəndir. O, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı çərçivəsində uzun illər işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində milli şəhərsalma forumlarının keçirilməsini, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını diqqətə çatdırıb.

Qeyd olunub ki, 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm tarixi hadisədir. Forumun Bakıda təşkili Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizin qlobal çağırışların müzakirə olunduğu mühüm siyasi və intellektual mərkəz kimi rolunu möhkəmləndirir.

Tədbirdə partiya fəalı Gülnar Səfərova “Azərbaycan zəngin tarixi-mədəni irsi ilə fərqlənən, şəhərsalma və memarlıq sahəsində unikallığı ilə seçilən ölkədir” mövzusunda məruzə ilə çıxış edib.

Ərazi partiya təşkilat sədri Hüseyn Əmirov və digərləri çıxış edərək Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını vurğulayıblar.

Çıxışlarda bildirilib ki, Azərbaycan öz milli-mədəni kimliyini qoruyaraq beynəlxalq memarlıq və urbanizasiya trendlərinə uğurla inteqrasiya edir.