YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“28 May - Müstəqillik Günü: Azərbaycanın dövlətçilik tarixi”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Zəngilan və Qubadlı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “28 May - Müstəqillik Günü: Azərbaycanın dövlətçilik tarixi”  mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə  28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi keçdiyi şərəfli yoldan bəhs edib. O, Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixin ağır sınaqlarından uğurla keçdiyini, inkişaf yoluna qədəm qoyaraq inamla irəlilədiyini diqqətə çatdırıb. T.Rüstəmov, həmçinin Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini, zəngin enerji resursları ilə qlobal siyasətdə mühüm rol oynadığını qeyd edib. 

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin xilaskarlıq missiyası sayəsində ictimai-siyasi böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyduğunu bildirib. O, müasir müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsini, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı qanunla 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunmasını vurğulayıb, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs edib. 

Tədbirdə Zəngilan rayon 23 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Camal Zeynalov, ərazi partiya təşkilatlarının sədrləri Savalan İmanov, Nərmin Fərəcli, eləcə də YAP fəalı İlkanə Məmmədli çıxış ediblər. Natiqlər 28 May - Müstəqillik Gününün tariximizə qızıl hərflərlə yazıldığını, xalqımızın qürur mənbəyi olduğunu vurğulayıblar.

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.