YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

1 saylı körpələr evinə ziyarət təşkil olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “Sağlam Ailə” Özəl Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 1 saylı körpələr evinə ziyarət təşkil olunub.

Ziyarətdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, “Sağlam Ailə” Özəl Tibb Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Vüqar Eyvazov, 1 saylı körpələr evinin direktoru Dürdanə Budaqova və ərazi partiya təşkilatının sədri Sevinc Vəliyeva iştirak ediblər.

Çıxış edənlər balacaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb, bayram hədiyyələri təqdim ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev hər zaman uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşıb, onların sağlam və layiqli vətəndaş kimi yetişməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqların hüquqlarının qorunması, sağlam, savadlı və firavan böyüməsi, sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Eyni zamanda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaqların sağlamlığının qorunması, onların təhsil imkanlarının genişləndirilməsi və hərtərəfli inkişafına xidmət edən çoxsaylı sosial layihələr uğurla icra olunur.

Tədbir çərçivəsində YAP Nəsimi rayon təşkilatı və “Sağlam Ailə” Özəl Tibb Mərkəzi tərəfindən körpələr evinin sakinlərinə bayram sovqatları və müxtəlif hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv