YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının əməkdaşları, şəhid ailələri və şəhid övladları iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən bəhs edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.

Bayram tədbiri çərçivəsində şəhid övladları müxtəlif əyləncəli atraksionlardan istifadə edib, idman yarışlarında və interaktiv oyunlarda iştirak edərək xoş vaxt keçiriblər.

Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub.