Xəbərlər
Milli Məclisin deputatı Mahir Süleymanlı şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Gəndov kəndində şəhid Fizuli Süleyman oğlu Salahovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili, həmçinin Gəndov kəndi ərazisində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
