Xəbərlər
“Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu”
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının məsləhətçisi Vüsal Məmmədov, Nohurqışlaq ərazi partiya təşkilatının sədri Aynur Məmmədova, Vətən müharibəsi veteranı Elşad Abdurəhmanov, Bunud ərazi partiya təşkilatının sədri, Vətən müharibəsi qazisi Müşfiq Paşayev və digərləri Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlar müasir və güclü Azərbaycan Ordusunun formalaşmasında həlledici rol oynayıb.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər xalqımızın qürur mənbəyidir və ölkəmizin hərbi qüdrətinin parlaq təzahürüdür.
Sonda 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
