YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev yolu: müstəqilliyin, Zəfərin və Böyük Qayıdışın təməli”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev yolu: müstəqilliyin, Zəfərin və Böyük Qayıdışın təməli” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Səbinə Xasayeva, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov,180 nömrəli tam orta məktəbin direktoru, partiya veteranı Atakişi Cəfərov və İkinci Qarabağ müharibəsi qazisi Bəhram Rəcəbli çıxış ediblər.

Bildirilib ki, 1969-cu il iyulun 14-ü Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olub. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən uzaqgörən siyasət ölkəmizin gələcək müstəqilliyinin, iqtisadi inkişafının və intellektual potensialının möhkəm təməllərini formalaşdırıb. Bildirilib ki, bu gün həmin siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun rəhbərliyi ilə Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilərək beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpası Ulu Öndərin müəyyən etdiyi strateji hədəflərin uğurla reallaşmasının əyani təzahürüdür.

Sonra Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının təbliğində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərmanlarla təltif olunub. Həmçinin partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.